Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub


Kriminal 17 Yan 2018 11:09:02 300 0

Korrupsiyaya görə ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub

Ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib: