Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı


Digərləri 17 Yan 2018 10:56:00 295 0

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Xəbər verdiyimiz kimi Kapital Bank, "Breyn Rinq" televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2017-ci ilin dekabr ayında yekunlaşan mövsümdə "Bilik Kuboku"nun sahibi "Sumqayıt" komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.