"Neftçi" paraqvaylı futbolçu ilə anlaşdı


İdman 17 Yan 2018 10:52:00 251 0

"Neftçi" paraqvaylı futbolçu ilə anlaşdı

"Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Goal.az klubun rəsmi saytına istiandən xəbər verir ki, “ağ-qaralar” paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə birillik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.