Myanmada polis etirazçılara atəş açıb, 7 nəfər ölüb


Dünya 17 Yan 2018 10:42:41 334 0

Myanmada polis etirazçılara atəş açıb, 7 nəfər ölüb

Polis hökumət binasını ələ keçirmək istəyən buddistlərdən ibarət kütləyə atəş açıb

Myanmanın qərbindəki Rakhayn ştatında polis ilə etirazçılar arasında yaranan qarşıdurma zamanı 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

Bu barədə "Report" "France-Presse" agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, dünən gecə polis hökumət binalarını ələ keçirməyə cəhd edən buddistlərdən ibarət kütləyə atəş açıb. Asayiş keşikçilərindən birinin sözlərinə görə, etirazçılar xəbərdarlıq atəşlərinə məhəl qoymayıblar.

Məlumata görə, qarşıdurma zamanı etirazçıların daş atmasından 20 polis yaralanıb.

Etiraz aksiyasında bir neçə min nəfər iştirak edib.