950 ildən sonra ilk dəfə: yalnız


Digərləri 17 Yan 2018 10:46:00 300 0

950 ildən sonra ilk dəfə: yalnız

Fransanın milli sərvəti və tarix incisi sayılan Bayyo qobeleni son 950 ildə ilk dəfə olaraq ölkəni tərk edəcək. Əfsanəvi qobelen Britaniyada nümayiş olunacaq.

Son.az Daily Mail-ə istinadən bildirir ki, qobelenin Fransadan çıxarılmasına və Britaniyaya aparılaraq nümayiş olunmasına Fransa prezidenti Emmanuel Makron şəxsən icazə verib.

Bayyo qobeleninin Britaniyada nümayiş olunacağı barədə E.Makron sabah, Britaniyanın baş naziri Tereza Meylə Sanderhöstdəki görüşündə bəyanat verəcək.

Hazırda qobelen Britaniyaya aparılmaq üçün hazırlanır.

Normandiyanın Bayyo şəhərindəki muzeyin direktoru Antuan Verinin dediyinə görə, son ekspert təqdiqatları aparılır.

Bayyo qobeleni (Tapisserie de Bayeux)  orta əsrlərdə toxunmuş, eni 53 sm, uzunu 68,38 metr olan kətan parçadır.

11-ci əsrin sonlarında hazırlanmış bu qobelendə İngiltərənin normanlar tərəfindən fəth olunmasına hazırlıq və Qastinqs yaxınlığında döyüş əks olunub.


Xəbərə aid fotolar