Axtarışda olan 23 nəfər saxlanılıb


Kriminal 17 Yan 2018 10:26:00 245 0

Axtarışda olan 23 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 16-da sutka ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-nün üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.