Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb


Siyasət 17 Yan 2018 10:17:19 247 0

Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb

Əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib

Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Azərbaycan səfiri Tofiq Abdullayevlə görüşüb.

"Report" Qətərin "The Peninsula Qatar" nəşrinə istinadən xəbər verir ki, əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki rol və xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib.

T.Abdullayev əmirə və dövlətin rəsmi şəxslərinə Qətərdə diplomatik fəaliyyətinin uğurlu keçməsinə yardım göstərdiklərinə görə minnətdarlığını bildirib.