İt 3 yaşlı qızı parçalayıb, öldürdü FOTO


Dünya 17 Yan 2018 10:13:00 243 0

İt 3 yaşlı qızı parçalayıb, öldürdü  FOTO

3 yaşlı qız pitbull cinsindən olan it tərəfindən parçalanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, bazar günü anası və nənəsi ilə birlikdə evdə olan Rylee Marie Dodge adlı 3 yaşlı qız atasının evə gətirdiyi itin hücumuna məruz qalıb. Anası qızını itin ağzından almağa çalışanda it onu da yaralayıb.

Uşağın atası ABC7-ə açıqlamasında deyib: "Evə girəndə "it", "qızımız" sözlərini eşitdim. Dostumdan xahiş edib evə gətirdiyim it qızımı və həyat yoldaşımı yaralamışdı. Onları xəstəxanaya çatdırdıq. Xanımım sağalsa da, həkimlər qızımın həyatını xilas edə bilmədilər".

Hadisə Amerikanın Oklahoma ştatında baş verib. 


Xəbərə aid fotolar