Azərbaycanda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib


Kriminal 17 Yan 2018 08:07:00 257 0

Azərbaycanda sürücü onun maşınını vuran digər avtomobilin sürücüsünü qətlə yetirib

Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki,hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.