Bu dəfə 88 minə yaxın piyada cərimələndi


Digərləri 17 Yan 2018 07:50:00 241 0

Bu dəfə 88 minə yaxın piyada cərimələndi

2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur.

Bakı. Elçin Mehdiyev - 2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, ötən il qəzaların sayında azalma müşahidə edilir, ancaq piyadaların vurulması ümumi hadisələrin yarıdan çoxunu təşkil etdiyindən narahatlıq doğurur: