MKİ-nin sabiq əməkdaşı məxfi məlumatlar saxladığına görə həbs olunub


Dünya 17 Yan 2018 06:49:58 261 0

MKİ-nin sabiq əməkdaşı məxfi məlumatlar saxladığına görə həbs olunub

Cerri Çun Lini 10 ilə qədər həbs cəzası gözləyir

ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı milli müdafiəyə aid məxfi məlumatları qanunsuz saxlamaq ittihamı üzrə həbs olunub.

"Report" "Fox News"a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

53 yaşlı Cerri Çun Şin Li çərşənbə axşamı Nyu-Yorkun C.Kennedi adına hava limanında saxlanılıb.

Bildirilir ki, Li Honkonqda (Çin) yaşayan milliləşdirilmiş ABŞ vətəndaşıdır. O, MKİ-də 1994-cü ildən işləməyə başlayıb və onun üçün əlçatan olan gizli məlumatların açıqlanmaması barədə çoxsaylı sənədlər imzalayıb.

Hazırda Cerri Çun Lini 10 ilə qədər həbs cəzası gözləyir.