Bakıda qadını maşın vurub


Digərləri 17 Yan 2018 01:30:00 247 0

Bakıda qadını maşın vurub

Bakının Binəqədi rayonunda piyadanının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Biləcəri qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Səfərəliyeva Məlahət Vəkil qızını "Mercedes" markalı avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.