Günün qoroskopu: yeni ideyalara korkoranə aldanmayın


Digərləri 17 Yan 2018 00:01:00 259 0

Günün qoroskopu: yeni ideyalara korkoranə aldanmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - ötənlərdə əldə etdiyiniz təcrübəyə əsaslanaraq qərar verin. Situasiyadakı dəyişiklikləri nəzərə alın. Yeni sxemlərdən, problemlərin həllində alternativ yanaşmadan yararlanın. Planlaşdırılmamış xərclər ola bilər. Narahat olmayın, maliyyə durumunuza ağır zərbə dəyməyəcək.

Günün ikinci yarısında ailə problemlərinin həlli xeyli vaxt alacaq. Yaranan çətinliklərin öhdəsindən gələ bilərsiniz. Ailə üzvlərindən biri ilə fikir ayrılığı istisna deyil. Kompromisə meylli, səbrli və təmkinli olun.

Buğa - adi günlərdən fərqli olaraq daha çox mühafizəkarlıq və qayda tələb olunan zamandır. Yeni ideyalara kor-koranə aldanmayın. Azadlıq, innovasiyalar və "tərəqqi" istəyənlərin sözlərinə şübhə ilə yanaşın. Maliyyə məsələlərini qaydaya salmaq, hesabları ödəmək, borcları qaytarmaq zamanıdır.

Günün ikinci yarısında yaxınlarınıza təzyiq göstərərək bütün istəklərinizin və tələblərinizin yerinə yetirilməsini istəməyin. Ailə qayğılarını, məişət məsələlərini nəzərə alın. Təzyiq münaqişə istəyi və ya arzusu kimi qəbul oluna bilər.

Əkizlər - günün ilk yarısında ağır işə başlamayın. Mürəkkəb hesablamalar və dəqiq davranış tələb edən məqamlar var. Virtual məkanda ünsiyyət ilk baxışdan asan təsir bağışlaya bilər. Sayıq olun.

Günün ikinci yarısında maraqlı insanlarla söhbətdən yayınmayın. Müzakirələrdə və məsləhətləşmələrdə fayda var. Əlavə gəlir mənbəsi aşkarlanacaq. Maraqlarınızı başqalarının planlarına qurban verməyin.

Yeni tərəfdaş və ya müttəfiq əldə edə bilərsiniz. Axşam saatlarında normal istirahət edin.

Xərçəng - ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.

Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.

Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdır. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Şir - məhsuldar fəaliyyət üçün həddən ziyadə çətin zamandır. Adi günlərdən fərqli olaraq bu gün başqalarının məsləhətlərinə daha çox qulaq asmalı olacaqsınız. İradlar və tənqidlərin də sayı az deyil. Bütün diqqəti işə yönəltmək asan deyil.

Günün ikincısı yarısında mənasız söhbətlərə və ya bezdirici xahişlərə fikir verməyin. Yaxınlarınızdan biri ilə münasibətiniz pisləşibsə, indi barışmağa cəhd edə bilərsiniz. Qüruru və ya utancaqlığı müvəqqəti olaraq unudun. Münasibətlərdə harmoniyanı bərpa etmək şansları var.

Qız - şübhəli və riskli məsələlərdə inadkar olmayın. Nə isə etmək istəyirsinizsə, diqqətli və sərvaxt olun. Düşünülməmiş addımlar atmayın. Məntiqin səsinə qulaq asın. Uğur əldə etmək istəyirsinizsə, qeyri-effektiv metodlardan yararlanmaq əvəzinə məsləhətlərə qulaq asın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda inciklik və anlaşılmazlıqların münaqişəyə səbəb olmasına imkan verməyin. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Axşam saatlarında ağır işlə məşğul olmayın.  

Tərəzi - maraq göstərdiyiniz məşğuliyyət və ya iş yaxın ətrafınızdakı insanlara maraqsız proses təsiri bağışlaya bilər. Görüləsi işlər rutin və ya bezdirici görünsə də, dayanmayın. İşləri yarımçıq saxlamayın. Başqalarının sizə təsir göstərməsinə, işlərinə müdaxilə etməsinə imkan verməyin.

Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olmayın. Ümumiyyətlə, risk etməyin. Səhvlərdən sığortalanmayıbsınız. Şəxsi münasibətlərdə uzun müddətdən bəri gözlədiyiniz hadisə sizi sevindirməyə bilər.

Sevdiyiniz insan axşam saatlarında romantik hisslərə köklənəcək və sizə xoş sürpriz edəcək.