ABŞ və Çin liderləri Şimali Koreyanı müzakirə ediblər


Dünya 16 Yan 2018 23:24:00 243 0

ABŞ və Çin liderləri Şimali Koreyanı müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Tzinpin arasında telefon danışığı olub. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı liderlər Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə ediblər.

Donald Tramp və Si Tzinpin  razılığa gəliblər ki, Seul və Pxenyan arasında dialoqun davam etdirilməsi KXDR rəhbərliyinin "destruktiv davranışında" dəyişikliyə səbəb olar.