Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 16 Yan 2018 22:52:00 200 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,63 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 15-də 68,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.