40 yaşından sonra hamilə qalan məşhurlar


Digərləri 16 Yan 2018 22:58:00 351 0

40 yaşından sonra hamilə qalan məşhurlar

Bir çox məşhurlar karyeraları və ya digər səbəblərdən dolayı gec yaşda ana olurlar. Son.az ailem.az-a istinadən 40 və daha gec yaşda hamilə qalan məşhurlarla tanış edir.

1. Kibariye

56 yaşlı türkiyəli müğənni Kibariye konserti zamanı səhnədə 3 aylıq hamilə olduğunu etiraf edib. Həyat yoldaşı Əli Küçükbalçık körpə xəbərini minlərlə adamla eyni anda öyrənib. Kibariye ilk övladını - qızı Birgülü 40 yaşında qucağına alıb.

2. Hande Ataizi

Türkiyəli aktrisa Hande Ataizi 40 yaşında ana olub. O, oğluna Leon adını verib.

3. Yeşim Salkım

40 yaşında ikinci dəfə ana olan türkiyəli müğənni Yeşim Salkım qızının adını Ada qoyub.

4. Demet Akalın

1972-ci il təvəllüdlü türkiyəli müğənni Demet Akalın qızını 2012-ci ildə dünyaya gətirib. Pop-müğənni ana olanda 42 yaşda idi.

5. Övül Avkıran

Mustafa Avkıran ilə evli olan türkiyəli aktrisa Övül Avkıran 44 yaşında ana olub. Cütlük övladına Alaz adını verib.

6. Esin Maraşlıoğlu

Türkiyəli modelyer və maniken Esin Maraşlıoğlu 48 yaşında növbəti dəfə ana olub. O, oğlunu Leon adlandırıb.

7. Füsun Demirel

50 yaşında ana olan məşhur aktrisa əkizlərinin adını Aslı və Mehmet qoyub. Aktrisa müsahibələrindən birində "uşaqlarımla bərabər yenidən doğuldum", - deyə bildirib.

8. Canet Cekson

2016-cı ilin may ayında məşhur amerikalı müğənni Canet Cekson 50 yaşına iki həftə qalmış ilk uşağına hamilə olduğunu deyib. Bundan sonra isə o, həyat yoldaşı Vissam Al Mana ilə nikah masasına əyləşdi və dünya turunu təxirə saldı.