Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşıb


Digərləri 16 Yan 2018 22:49:21 243 0

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,63 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,63 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 71,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.