Narkotik alverçisi tutulub


Kriminal 16 Yan 2018 22:31:00 251 0

Narkotik alverçisi tutulub

Salyan rayon Polis şöbəsinin əməliyyat tədbirləri nəticəsində əvvələr məhkum olunmuş Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oktay oğlu şübhəli şəxs qismində saxlanılıb. Son.az APA-ya istinadən xəbər verir ki, İbrahim Məmmədovun üzərinə baxış zamanı ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd selofan bükümdə, ümumi çəkisi 25 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.