Cənubi Karolina ştatında 4 polis əməkdaşı güllələnib


Dünya 16 Yan 2018 22:21:14 267 0

Cənubi Karolina ştatında 4 polis əməkdaşı güllələnib

Şübhəli şəxs yaralı vəziyyətdə saxlanılıb

Bu gün səhər saatlarında Birləşmiş Ştatların Cənubi Karolina ştatında 4 polis əməkdaşı güllələnib.

"Report" "Fox News"a istinadən xəbər verir ki, hadisəni 47 yaşlı Tomas Makkoll törədib.

Şübhəli şəxs yaralı vəziyyətdə yaxalanıb.

Tomas Makkoll bundan əvvəl polis zabitinə hücum etdiyinə görə artıq bir dəfə məhkum olunub.