Mövsümi xəstəliklərdən qorunmaq üçün sadə üsul


Digərləri 16 Yan 2018 22:03:00 257 0

Mövsümi xəstəliklərdən qorunmaq üçün sadə üsul

Qış fəslində xəstəliklər çoxluq təşkil edir. Bunu nəzərə alaraq mütəxəssislər qış fəslində sağlam qidalanmağı məsləhət görürlər və bildirirlər ki, bu zaman xəstəliklərdən qorunmaz daha asan olur.

Son.az sputnik.az-a istinadən xəbər verir ki, burun axması, asqırmaq, öskürmək, halsızlıq, baş ağrıları xəstəlik əlamətidir və qış fəslində tez-tez rast gəlinən hallardır. Son zamanlar xüsusilə xəstəliklərin sayı artıb. Bu cür xəstəliklərdən uzaq olmaq üçün sarımsağın böyük köməyi var.

Uşaqlar və böyüklərin heç bir xəstəliklərə tutulmaması üçün sağlam qidalanmaq lazımdır. Hər bir insanın bağırsağında orqanizm üçün xeyirli olan 100 trilyon bakteriya və göbələk var. Bağırsaqda nə qədər çox bakteriya olarsa, deməil bir o qədər güclü bağırsağa sahibik.