Bu yollarda hərəkət iflic olur VİDEO


Digərləri 16 Yan 2018 21:39:00 203 0

Bu yollarda hərəkət iflic olur  VİDEO

Magistral yolda avtomobillərin hərəkəti dayanıb. Səbəb isə mal-qaranın yolun hərəkət hissəsindən keçirilməsidir.

Bura Bakı-Qazax magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsidir. Son.az bildirir ki, sakinlər səhər və axşam saatlarında heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçirlər. Özlərini təhlükəyə atan bu şəxslər həm də sürücülər üçün real qəza şəraiti yaradırlar.

Ağdaş rayonunun Ləki kəndi ərazisindən yaranan bu mənzərədən daha çox əziyyət çəkən elə yoldan istifadə edən sürücülərdir. Bir çox hallarda isə bu yolda mal-qaranın təlafatı ilə nəticələnən qəzalar baş verir. Belə halda da sürücü və mal-qara sahibi arasında məhəkəmələrə gedib çıxan mübahisələr yaranır.

Məsələ ilə bağlı Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, "Yol hərəkəti haqqında" qanunun 39-cu maddəsində konkret olaraq yollarda mal-qara ötürənlərin vəzifələri əks olunub.Qaydaya görə,vətəndaşlar mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Bununla yanaşı, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində də yolun hərəkət hissəsindən ötürməməlidirlər. Bəs nəzərdə tutulmayan yerlərdə mal-qara ötürüldükdə və bu zaman yol qəzası baş verərsə məsuliyyəti kim daşımalıdır?