Cırtdan lemurların yeni növü aşkar edilib


Digərləri 16 Yan 2018 21:36:00 296 0

Cırtdan lemurların yeni növü aşkar edilib

Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.

Son.az report.az-a istinadən bildirir ki, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.

Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" - cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda - Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.