Ronaldonun agenti "Real"ın prezidenti ilə görüşüb


İdman 16 Yan 2018 21:05:00 282 0

Ronaldonun agenti "Real"ın prezidenti ilə görüşüb

"Real"ın hücumçusu Kriştianu Ronaldo klubunu dəyişə bilər. Goal.az "Diario Record"a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Perez ulduz futbolçunun agenti KJorje Mendeşlə görüşüb. O, Mendeşə Ronaldo üçün başqa klub tapmağı tapşırıb.

"Real" portuqal ulduzun buraxılış qiymətini 1 milyard avro müəyyən etsə də, bu qədər pulu ödəyə bilən alıcı, yəqin ki, olmayacaq. Mediada yayılan xəbərlərə görə, "Kral klubu" Ronaldodan Neymarın transferində istifadə etmək istəyir.