İtmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşdu


Digərləri 16 Yan 2018 20:40:00 339 0

İtmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşdu

Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb.

Son.az Trend-ə istinadən bildirir ki, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib.

Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini "Twitter" sosial şəbəkəsində yerləşdirib.