Azərbaycan və Bolqarıstanı turizm sahəsində bir sıra layihələr gözləyir


Digərləri 16 Yan 2018 20:42:00 259 0

Azərbaycan və Bolqarıstanı turizm sahəsində bir sıra layihələr gözləyir

Birbaşa aviareys işə düşməsi sayəsində Azərbaycan və Bolqarıstan turizm sahəsində bir sıra vacib layihələri həyata keçirə biləcək

Bakı. Maksim Tsurkov - Birbaşa aviareysin işə düşməsi sayəsində Azərbaycan və Bolqarıstan turizm sahəsində bir sıra vacib layihələri həyata keçirə biləcək. Trend-in məlumatına görə, bunu Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski deyib. Nazir qeyd edib ki, Bakı-Sofiya aviareysi sayəsində ölkələr işgüzar dairələr arasında əlaqələrin inkişafına ümid edə bilər: “Turizm baxımından Bakı və Azərbaycan maraqlı imkanlar təklif edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin inkişafı sayəsində bir sıra vacib layihələr reallaşdıra bilərik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin