Elə asqırdı, boğazı cırıldı


Dünya 16 Yan 2018 20:00:00 346 0

Elə asqırdı, boğazı cırıldı

Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib.

Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər.

O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.