Avroliqanın finalçısı pis günlərini yaşayır


İdman 16 Yan 2018 20:10:00 293 0

Avroliqanın finalçısı pis günlərini yaşayır

FIFA-nın tələbi ilə Ukraynanın “Dnepr” klubunun hesabından daha 6 xal silinib. Goal.az xəbər verir ki, buna səbəb Dneprepetrovsk təmsilçisinin sabiq futbolçusu Nikola Kaliniçə olan borcunu ödəməməsidir. Bu səbəbdən cari mövsümdə “Dnepr”in hesabından 3 xalla silinib.

2014/2015 mövsümündə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan və turnirin finalında İspaniya təmsilçisi “Sevilya”ya 2:3 hesabı ilə uduzan “Dnepr” hazırda Ukraynanın səviyyəcə III divizionunda mübarizə aparır. B qrupda yer alan komanda FİFA-nın yeni qərarından sonra 53 xalla yenə liderdir.