Lui van Qaal: "Axmaqlıq etdim, idman dəyərləri prioritet olmalıdır"


İdman 16 Yan 2018 19:23:00 351 0

Lui van Qaal: "Axmaqlıq etdim, idman dəyərləri prioritet olmalıdır"

Hollandiyalı mütəxəsis Lui van Qaal bir müddət öncə Belçika millisində işləmək ətklifi aldığını qeyd edib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis sabiq klubundan qisas almaq üçün bu təklifi geri çevirdiyini bildirib.

"Belçika millisində çalışmaq maraqlı olardı. Amma çox incikdim və intiqam almaq istəyirdim. Bu səbəbdən həmin təklifdən yan keçdim. Axmaqlıq etdim, idman dəyərləri prioritet olmalıdır. İş pulda yox, qisas hissində idi. "Manchester United" mənə pis münasibət göstərdi, onlar qəddarlıq etdilər. Hər kəs darıxdırıcı futbol oynatdığımı deməyə başlamışdı. Bu, məni özümdən çıxarırdı".