Lənkəranda piyadanı avtomobil vurub - FOTO


Sosial 16 Yan 2018 18:56:28 232 0

Lənkəranda piyadanı avtomobil vurub - FOTO

Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunda piyadanı avtomobil vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Şəhidlər xiyabanı" küçəsində qeydə alınıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onun, təxminən, 25 yaşlarında Firuzə adlı qadın olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.