Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutuldu


Digərləri 16 Yan 2018 18:50:00 301 0

Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutuldu

Ukraynada Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub.

Son.az bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev Trend-ə bildirib ki, 2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Ş.Qocayev deyib ki, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz effektini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.