Xalq artisti: “Bu dəfə komediya olmayacaq”


Kriminal 16 Yan 2018 18:18:00 301 0

Xalq artisti: “Bu dəfə komediya olmayacaq”

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova  bu dəfə səhnəyə  tamaşaçıların adət etmədiyi tərzdə, fərqli ampulada, daha ciddi və dramatik bir  obrazda  çıxacaq.

Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" əsərinin məşqləri  zamanı  xalq artisti Fatma Mahmudova: "Bu dəfə komediya olmayacaq"  deyə, xüsusi  vurğulayıb. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu iki hissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım  isə burada nənə (ana) rolunu canlandırır.

Əsər Fransada - qürbət eldə  həsrət dolu  yuxularla təskinlik tapan Ceyhun Hacıbəylidən  bəhs etsə də, o ümumilikdə, vətənsiz yaşayan   bütün mühacirlərin  ümumiləşdirilmiş obrazıdır.