Komaya düşən deputatın vəziyyəti necədir?


Digərləri 16 Yan 2018 18:02:00 282 0

Komaya düşən deputatın vəziyyəti necədir?

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik. 

Son.az xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.

Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

"Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt orda Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır. 

Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə doğru gedir.  Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə fəaliyyətini davam etdirəcək.