"Aygün Kazımova hamını susdurdu" VİDEO


Şou-biznes 16 Yan 2018 17:53:00 316 0

"Aygün Kazımova hamını susdurdu"  VİDEO

"Atv maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı bu dəfə müğənni Kərim Abbasov olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qalmaqallı açıqlamaları ilə yadda qalıb.

Kərim ilk olaraq Əhməd Mustafayevi onluqda ən axırıncı sıraya qoyub. Sənətçi doqquzuncu pilləyə bir müddət əvvəl onu tanımadığını deyən Nigar Camalı layiq görüb:

"Nigar məni tanımasa da, mən onu yaxşı, lap qədim vaxtlardan tanıyıram. O, KVN-də iştirak edirdi. Səhnədə ona da rollar verirdilər. Mən ciddi mahnıları ifa edən sənətçiləri sevirəm. "Lah-luh" mahnıları sevmirəm. Bircə "Kələbək" mahnsını tanıyıram, yüngül mahnıdır. Gözəl xanımdır və KVN-çidir. Səkkizinci Miri Yusif olsun. Mənim zövqümdə deyil. "Ad günü" mahnısı var... Deyir, "Ad günün, bəd günün"... Buna oynayırlar?".

Kərim Tünzalə Ağayevanı yeddinci yerə qoyub və qeyri-səmimi adlandırır:

"Ondan həmişə soyuqluq görmüşəm. Ondan təbilik ala bilmirəm".

Kərim küsülü olduğu Natavan Həbibini "kinli" adlandırıb və onu altıncı edib:

"Aygün Kazımova doğum gününə dəvət etmişdi. Natavan da dedi niyə getmisən? Mənim ağlım var, bilirəm kimə getmək, kimə getməmək lazımdır.

Zamiqlə mənim heç bir düşmənçiliyim yoxdur. Ona böyük hörmətim var. Baxmayaraq ki, bir-birimizə qarşı inciklik var. Zamiqin mahnı seçimini hərdən bəyənir, hərdən bəyənmirəm. Beşinci olsun".

Abbasov Samir Cavadzadəni tərifləyib və dördüncü yerə qoyub:


Xəbərə aid video