Şamaxıda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb


Sosial 16 Yan 2018 17:36:02 260 0

Şamaxıda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb

Yaralının müalicəsi üçün Bakıdan həkim briqadası dəvət olunub

 Şamaxı rayonunda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Pirqulu qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində yerləşən beşmərtəbəli binanın dam örtüyünü təmir edən, Ağsu rayonunun Bozavand kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Babazər oğlu Hüseynov hündürlükdən yıxılaraq yerə çırpılıb. Ağır bədən xəsarətləri alan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, R.Hüseynov açıq kəllə-beyin travması, kəllə sümüyünün çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Yaralının müalicəsi üçün Bakı şəhərindən həkim briqadası dəvət olunub. 

Faktla bağlı araşdırmalara başlanlıb.