Qrant müsabiqəsinin nəticələri açıqlanıb


Digərləri 16 Yan 2018 17:30:04 271 0

Qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) nəticələri açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) nəticələri açıqlanıb. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub. "Mənim ilk qrantım" üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olub.