Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib - YENİLƏNİB


Siyasət 16 Yan 2018 17:00:00 262 0

Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib - YENİLƏNİB

Hadisə yanvarın 15-dən 16-na keçən gecə baş verib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində meyiti tapılan Ermənistan ordusunun əsgərinin ölümünün səbəbi məlum olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Artyun Xaçatryan intihar edib. 

Onun hərbi xidməti başa vurmasına iki ay qalıbmış.

*** 13:03

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 15-dən 16-na keçən gecə baş verib.

1998-ci ildə anadan olan Artyun Xaçatryanın ölümünün səbəbləri araşdırılır.