Elə asqırdı boğazı cırıldı


Digərləri 16 Yan 2018 16:45:00 258 0

Elə asqırdı boğazı cırıldı

Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib.

Bakı. Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib. Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər.