Püskürən vulkanın yaşayış məntəqəsinə təhlükəsi var?


Digərləri 16 Yan 2018 16:15:00 246 0

Püskürən vulkanın yaşayış məntəqəsinə təhlükəsi var?

Şamaxının Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə heç bir təhlükəsi yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.

Qurum sözçüsü bildirib ki, əraziyə baxış keçirilib və proses nəzarətdə saxlanılır: "Həcminə görə çox kiçik vulkandır. Həmin ərazidə ildə bir dəfə belə püskürmə olur və heç bir təhlükəsi yoxdur. Bir neçə gün əvvəl də belə bir hadisə olub, palçıq vulkanı püskürüb. Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Nazirlik də məsələni nəzarətdə saxlayır, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da. Hazırda vulkanda hər hansı bir aktivlik, təhlükə hiss olunmur".

R.Əliyev bildirib ki, püskürən vulkan kəndin yaşayış sahəsindən təxminən 300-400 metr kənardadır.