10cu sinif şagirdləri İMTAHAN VERDİ


Digərləri 16 Yan 2018 15:51:00 359 0

10cu sinif şagirdləri İMTAHAN VERDİ

Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.

DİM-dən Son.az-a verilən məlumata görə, monitorinq imtahanı 170 məktəbdə təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.