Moskvada bağa Müslüm Maqomayevin adı verildi FOTO


Kriminal 16 Yan 2018 15:59:00 273 0

Moskvada bağa Müslüm Maqomayevin adı verildi  FOTO

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.


Xəbərə aid foto