Şehiç yığmanın düşərgəsinə gec qoşulacaq


İdman 16 Yan 2018 15:33:00 326 0

Şehiç yığmanın düşərgəsinə gec qoşulacaq

Bosniya və Herseqovina millisinə çağırılan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin yığmanın düşərgəsinə bir qədər gec qoşulacaq.


 

Goal.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib: “Sehiç İstanbulda bizə qoşulacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq".

 
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 21-də Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda yanvarın 25-i Şehiçlə birgə ABŞ-a gedəcək. Bosniya və Herseqovina  sözügedən ölkədə hazırlıq prosesi çərçivəsində yanvarın 28-də  ABŞ, 3 gün sonra isə Meksika ilə qarşılaşacaq.