10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib


Digərləri 16 Yan 2018 15:38:44 265 0

10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib

DİM 10-cu sinifdə təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, monitorinq imtahanı 170 məktəbdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.