Şamaxıda vulkan püskürdü


Digərləri 16 Yan 2018 15:21:00 270 0

Şamaxıda vulkan püskürdü

Şamaxı rayonunda palçıq vulkanı püskürür.

Son.az APA-ya istinadən xəbər verir ki, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

Kənd sakini Adəm Yusifov APA-ya bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: "Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü".