Sübutların azlığı Messiyə qarşı növbəti məhkəmə işi açılmasına mane olub


İdman 16 Yan 2018 15:12:00 294 0

Sübutların azlığı Messiyə qarşı növbəti məhkəmə işi açılmasına mane olub

İspaniya polisi "Barcelona"nın hücumçusu Lionel Messidən növbəti vergidən yayınmaq cəhdinə görə şübhələnib. Goal.az "L`Equipe" nəşrinə istinadən  xəbər verir ki, argentinalı ulduzun fondu tərəfindən 2012-13-cü illərdə təşkil edilmiş xeyriyyə oyunları ilə bağlı araşdırma aparılıb. Polis fondun planlaşdırılandan daha az pul almasında diqqət yetirib. Xeyriyyə matçlarından fonda 300 min avro daxil olub. Təhqiqatçılar qalan pulların offşor hesablara köçürülməsini ehtimal ediblər. Amma sübutların yetərsizliyindən Messiyə qarşı iş açılmayıb. Qeyd edək ki, "Football Leaks" bir mövsümə ulduz futbolçunun 100 milyon avro gəlir əldə etdiyini yazmışdı.