İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu


Digərləri 16 Yan 2018 15:02:00 316 0

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".

Z.Qasımlı özəl olaraq Trend-ə bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: "Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".