Superkuboka 9 namizəd şəhər


İdman 16 Yan 2018 14:51:00 282 0

Superkuboka 9 namizəd şəhər

2020-ci ildə keçiriləcək UEFA Superkubokuna ev sahibliyi etməyə namizədlərin siyahısı müəyyənləşib.

Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında görüşü təşkil etməyə 9 şəhər iddia edir.

Bunlar Tiranada Milli Arena (Albaniya), Minskdə “Dinamo” stadionu (Belarus), Helsinkidə Olimpiya stadionu (Finlandiya), Nitsada “Qrand Stad” (Fransa), Hayfada “Sami Ofer” (İsrail), Almatıda Mərkəzi stadion (Qazaxıstan), Kişinyovda “Zimbru” stadionu (Moldova), Belfast “Vindzor Park” (Şimali İrlandiya) və Portoda “Draqao”du (Portuqaliya).

UEFA Superkubokun ev sahibi ilə bağlı qərarını martın 29-da verəcək.

Qeyd edək ki, Superkuboku 2018-ci ildə Tallinin “Le Koq Arena” (Estoniya), 2019-cu ildə İstanbulun “Vodafon Arena” (Türkiyə) stadionları qəbul edəcək.