İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu (ÖZƏL)


Digərləri 16 Yan 2018 14:52:00 278 0

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu (ÖZƏL)

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bakı. Samir Əli - Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir".