Qadınlar niyə kişilər kimi rəqs etmək istəyirlər? AÇIQLAMA VİDEO FOTO


Digərləri 16 Yan 2018 14:28:00 391 0

Qadınlar niyə kişilər kimi rəqs etmək istəyirlər?  AÇIQLAMA  VİDEO  FOTO

Oynamaq, rəqs etmək toy məclisləri, el şənliklərini əyləncəli və baxımlı edən əsas amillərdən biridir. Təəssüf ki, musiqi altında edilən hər hərəkəti də rəqs adlandırmaq olmaz. Bəzən bu, yalnız fiziki əzələ oynatmalarından ibarət olur. Əvvəllər sərt texniki-dinamik hərəkətli rəqsləri yalnız kişilər edirdilərsə, son illərdə qadınlar da bu məsələdə kişilərdən heç də geri qalmırlar.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qadınların kişilər kimi oynamaları haqda maraqlı reportaj yayımlanıb. Yeniyetmə və gənc qızlar arasında şıdırğı rəqsi ilə meydanı boş qoymayanlar kifayət qədərdir. Qadınların bu cür kişi hərəkətləri ilə rəqs etmələri həm xoşagəlməz görüntünün ortaya çıxmasına səbəb olur, həm də Azərbaycan qadınına xas olan bəzi cəhətləri, incəlikləri gözdən salır. Cəmiyyət tərəfindən də bu hal müsbət qarşılanmır.

Sakin : Oğlanın oğlan, qızın da qız oyunu olar.

Sakin: Qız incədir. Ona incə oynamaq yaraşır. 

Ayaqyalın, üstəlik uyğunsuz hesab ediləcək geyimdə edilən rəqs nümunələri hətta estetik zövqümüzü də korlayır. Bu cür rəqs edənlərin sayının artması rəqslə məşğul olan peşəkarları da narahat edir. 

Xumar Əsədova - rəqs müəllimi : "Bu mövzu məni də çox narahat edirdi. Valideynlər özləri xahiş edirlər. Uşaqların özlərinin də marağı var. Əslində, düzgün deyil. Qadının qadın rəqsi var".

Səriyyə Həzrətova - rəqs müəllimi : "10 il bundan qabağ "Vağzalı" istəyirdilər, indi ritm istəyirlər. 80-90% valideynlərin təsiri var".


Xəbərə aid fotolar