Tunar nişanını qaytarması xəbərindən danışdı


Şou-biznes 16 Yan 2018 13:56:00 270 0

Tunar nişanını qaytarması xəbərindən danışdı

Müğənni Tunar Rəhmanoğlu nişanını qaytarması haqda yayılan xəbərlərə cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, tezliklə toy olacaq:

"Bir az hüzr düşdü, qalmaqal oldu, ona görə toy baş tutmadı. Bu il olacaq. İki toy edəcəyik. Qohumlarımız çoxdur, birinə sığışdıra bilmərik. Ona görə də bir kişi, bir də ümumi məclis edəcəyik".