Bakıda torpaq bahalaşıb SƏBƏB


Digərləri 16 Yan 2018 13:40:30 270 0

Bakıda torpaq bahalaşıb  SƏBƏB

2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. Lakin illik müqayisədə qiymətlərdə azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.